İstəmirəm

Baba Vəziroğlu, Tünzalə

İstəmirəm... İstəmirəm

Göy üzündə durna uçsa
Qərənfillər ətir saçsa
Bütün dünya çiçək olsa
Sənsiz bahar istəmirəm

Dərin sular dayaz olsa
Aylı gecə ayaz olsa
Bütün dünya bəyaz olsa
Ələnsə qar...
İstəmirəm... istəmirəm

Qibləm sənə sarı
Uzatmışam qollarımı
Sənsiz həyat yollarımı
Duman alar istəmirəm...

Dərin sular dayaz olsa
Aylı gecə ayaz olsa
Bütün dünya bəyaz olsa
Ələnsə qar...
İstəmirəm... istəmirəm

Neyləyirəm göy çəməni
Sənsiz açan yasəməni
Neyləyirəm göy çəməni
Sənsiz açan yasəməni
Bütün dünya sevsə məni
Sevməzsə yar
İstəmirəm... İstəmirəm...
Sevməzsə yar
İstəmirəm... İstəmirəm...

Curiosidades sobre la música İstəmirəm del Aygün Kazımova

¿Cuándo fue lanzada la canción “İstəmirəm” por Aygün Kazımova?
La canción İstəmirəm fue lanzada en 2005, en el álbum “Sevərsənmi”.
¿Quién compuso la canción “İstəmirəm” de Aygün Kazımova?
La canción “İstəmirəm” de Aygün Kazımova fue compuesta por Baba Vəziroğlu, Tünzalə.

Músicas más populares de Aygün Kazımova

Otros artistas de Pop