Gəncəm
Gəncə çayı lal axıb
Göydən ulduzlar baxıb
Çiçəklərin qoynuna
Gəncə incilər taxıb
Gecələri nurludur
Səhərin uğurludur
Təbiət sənə baxıb
Öz-özünü unudur...
Bağlı baxçalı şəhərim
Ömrüm günüm, səhərim
Sevincimdir, xoş günüm
Kədərimdir kədərim
Sözlü-söhbətli Gəncəm
Gözəl baharlı Gəncəm
Səhəri gül ətirli
Kəpəz vüqarlı Gəncəm
Yollara kölgə salan
Çinarların çətridir
Sübh çağı evə dolan
Göy-gölümün ətridir
Bağlı baxçalı şəhərim
Ömrüm günüm, səhərim
Sevincimdir, xoş günüm
Kədərimdir kədərim...