Ağ Çiçəklər
Mənim ömrüm qəmli kitab
Hər sətiri bir iztirab
Bu taleyin oyununda
Qismət payım minbir əzab
Naxış vurar ilmə-ilmə
Nazın olar kəlmə-kəlmə
Qəlb qapısı açıq qalıb
Necə deyim kədər kəlmə
Sirdaşımdır ağ çiçəklər
Göz yaşımdır çiçəklər
Kor bəxtimin xalısında
Naxışımdır çiçəklər
Dərd uzanır aydan-ilə
Qarşılaram gülə-gülə
Qaranlıqdan səhərəcən
Şam əriyir gilə-gilə
Doğmalaşıb gündüz-gecə
Hər birində var işgəncə
Yazıram öz həyatımı
Buta-buta, qönçə-qönçə
Sirdaşımdır ağ çiçəklər
Göz yaşımdır çiçəklər
Kor bəxtimin xalısında
Naxışımdır çiçəklər
(poetry)
Mənim ömrüm qəmli kitab
Hər sətiri bir iztirab
Bu taleyin oyununda
Qismət payım minbir əzab
Qismət payım minbir əzab